Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlılar yaşamaq üçün daha çox hansı ölkə gedir?

Azərbaycana ötən il daimi yaşamaq üçün daha çox Gürcüstandan gəlinib.

Mynews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il daimi yaşamaq üçün Azərbaycana gələnlərin 35,1 faizi Gürcüstan, 28,1 faizi Rusiya, 6,6 faizi Türkiyə, 4,5 faizi İran, 4,1 faizi Qazaxıstan, 3,9 faizi Ukrayna, 17,7 faizi isə digər ölkələrdən olub.

Daimi yaşamaq üçün Azərbaycandan gedənlərin 47,7 faizi Rusiya, 29,3 faizi Qazaxıstan, 5,7 faizi Türkiyə, 3,6 faizi Belarus, 1,7 faizi Ukrayna, 1,6 faizi ABŞ, 10,4 faizi isə digər ölkələrin payına düşüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...