Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aprel döyüşlərinin qəhrəmanı: - "Müalicəmi Mübariz Mənsimov yox, Mehriban xanım Əliyeva üstlənib" - VİDEO

Aprel döyüşlərində başından ağır qəlbə yaraları almış Qoşqar Hacıyev "Ölkə.Az"-ın suallarını cavablandırıb:

- Qoşqar salam, necəsiniz? 

- Çox sağ olun, yaxşıyam. Şükür Allahın böyüklüyünə. Siz necəsiniz?

- Var olasınız, biz də yaxşıyıq. Özünüzü necə hiss edirsiniz?

- Yaxşıyam. Sevinirəm ki, məni axtarırsınız.

- Xəbər yayılıb ki, müalicənizi iş adamı Mübariz Mənsimov etdirəcək.

- O yalan söhbətdir. Mənim xəbərim olmaya-olmaya yazmışdılar ki, Qoşqarın vəziyyəti pisləşib, xəstəxanaya götürüblər. 

- Hazırda müalicə olunursunuz?

- Hələ ki evdəyəm. Allah qoysa, martda gedəcəm Türkiyəyə.

- Kim göndərir?

- Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsüylə gedirəm. Martın 1-nə biletlərimiz alınıb.

- Maddi durumun necədir?

- Vəziyyətimiz bir az ağırdır. 

- Müdafiə Nazirliyindən maraqlanırlarmı?

- Müdafiə Nazirliyi məndən əlini çəkdi, qardaş. Heç bir köməklik etmədilər. Cəmi bir dəfə Türkiyəyə göndəriblər. Nə edirsə, Mehriban xanım edir. Əhd eləmişəm, gələndən sonra əgər görüşdürsələr, onunla görüşəcəyəm (qəhərlənir).

- Qəhərlənməyin, siz çox dəyərli insansınız.

- Nə zaman da gəlsəniz, qapımız üzünüzə açıqdır.

Qaynarinfo.Az

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...