Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“102 kimdir, burada əmri mən verirəm” deyən yol polisi danışdı

Yol polisinin qayda pozuntusuna görə saxladığı avtomobilin sürücüsü sənədlərini təqdim etmir.

Mynews.az Xəzər TV-tə istinadən xəbər verir ki, uzun mübahisədən sonra əraziyə post patrul xidmətinin əməkdaşları çağırılır və sürücü polis bölməsinə aparılır.

Hadisənin yeni təfərrüatları ortaya çıxıb. Sosial şəbəkədə yayılan görüntülərdə sürücü Murad Cavadzadə bildirir ki, o yol polisi tərəfindən ödənməmiş cəriməsi olduğu üçün saxlanılıb o cərimələrini ödəməsinə baxmayaraq avtomobili duracağa aparılıb.

Hadisə iştirak edən yol polis əməkdaşı Samir Məmmədov isə həmin sürücünün, yol ayrıcını keçmə qaydalarını pozduğu üçün saxlanıldığını bildirib və bunu sübut edən videokadrlar təqdim edib. O əlavə edib ki, saxlanıldıqdan sonra sürücünün ödənməmiş cərimələrinin olduğu da aşkarlanıb və avtomobil cərimə meydançasına aparılıb. O cəriməni ödəsədə son törətdiyi qayda pozuntusuna görə protokolun tərtib edilməsi üçün polis əməkdaşlarına sürücülük vəsiqəsini təqdim etməyib.

Bundan sonra sürücüyə yol ayrıcı keçmə qaydalarını pozduğuna görə cərimə yazılıb və onun avtomobili buraxılıb. Bu faktı sürücünün özü də təsdiqləyir.

Bakı şəhər dövlət yol polisinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, hadisə ilə bağlı vətəndaşın özünün də iştirakı ilə araşdırma aparılıb və polisin hərəkətlərində hər hansı qanunsuzluq aşkarlanmayıb. Bu kimi hadisələr isə polisin böyük vaxt itkisinə səbəb olur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...