Həccə gedənlər vergi verəcək - Adambaşı 535 dollar - VİDEO
Səudiyyə ərəbistanı hökuməti yenidən həccə getmək istəyən zəvvarlar üçün vergi tətbiq edib.
2015 və 2016-cı illərdə iki ildə həcc ziyarətində olmuş adamlar bu il də ziyarətə getmək istəyənlər viza üçün 2000 rial, yəni 535 dollar əlavə pul ödəməlidirlər. bununla məşğul olan şirkətlər zəvvarları bu barədə məlumatlandırıb. əks halda onların pasportların Ərəbistan səfirliklərinə göndərilməyəcək.
Məsələ ilə bağlı Qafqaz Müsəlmanları idarəsi ilə əlaqə saxladıq.
Mynews.az baku.ws-ə istinadən xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova xezerxeber.az-a bildirdi ki, həcc ziyarəti üçün ayrılan kvota yeri artıq dolub. bununla bağlı son iki ildə ziyarətdə olmuş zəvvarlara da məlumat verilib. Ancaq müraciət edənlərdən heç kəs hələ bu ödənişə görə sənədini geri götürməyib. Yəni, əlavə ödənişin tələb edilməsi gedişdə hansısa azalmaya gətirib çıxarmayıb.
Eyni zamanda onu da bildiriblər ki, bu dinlə bağlı olan bir qərar yox, Səudiyyə Ərəbistanı dövlətinin tətbiq etdiyi yeni bir prosedurdur. Bu addımı dini olaraq şərh etmək düzgün deyil.
Onu da qeyd edək ki, bu il həcc ziyarəti üçün Azərbaycandan Ərəbistana 600 nəfərlik kvota yeri ayrılıb. Və həcc ziyarətində vahid qiymət paketi təqdim olunub. Bir nəfərlik ziyarət paketinin qiyməti bu il 3850 dollar məbləğində müəyyən edilib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1013 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 971 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 960 dəfə oxunub