Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ana kamera qeydlərini izləyincə şok oldu

İstanbulda bir bağçada 5 yaşlı uşağı itələyərək yıxan tərbiyəçiyə 9 ilə qədər həbs cəzası istənilib.

Mynews.az Sabah-a istinadən xəbər verir ki, bu ilin 12 dekabr tarixində özəl bir bağçada 5 yaşlı C.D.Ö. onu götürməyə gələn anası Sibel B. Ö.-yə müəllimi S. Ç -nın onu itələyərək yıxdığını deyib.

Yanında həyat yoldaşı Cem B. Ö.Y ilə gəldiyi bağçanın kamera qeydlərini izləyən ana uşağının doğru danışdığının şahidi olub. Ailə prokurorluğa gedərək müəllim haqqında şikayət edib. Müəllimə 9 ilə qədər həbs tələbi qaldırılıb.

Tərbiyəçi müəllim ifadəsində xəbərdarlıq üçün çiyninə yüngül şəkildə toxunduğunu qeyd edib. Məhkəmə təxirə salınıb. (milli.az)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...