Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənilər yenə mülki əhaliyə silah çevirdi - TOVUZDA 13 yaşlı uşaq YARALANDI

Bu gün erməni silahlı bölmələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar.

Mynews.az xəbər verir ki, atılan güllələrdən biri kənd sakini, 2004-cü il təvəllüdlü Yusifov Ramil Sabir oğlunun ayağının altındakı daş qırıqlarına dəyib. Nəticədə daş qırıqları yeniyetməni zədələyib.

Kənddə olan həkimlər tərəfindən R.Yusifova tibbi yardım göstərilib. Onun qəlpə yaraları da aldığı məlum olandan sonra Tovuz rayon Mərkəzi Xəstəxanasına göndərilib

Qeyd edək ki, bir neçə gün əvvəl ermənilər Qaralar kəndində mülki şəxsləri atəşə tutaraq onların əkin sahələrində təsərrüfatla məşğul olmalarına maneçilik törədiblər. Güllələr yaşayış evlərinin dam örtüklərinə də ziyan vurub. (APA)

Ermənilər yenə mülki əhaliyə silah çevirdi - TOVUZDA 13 yaşlı uşaq YARALANDI
Ermənilər yenə mülki əhaliyə silah çevirdi - TOVUZDA 13 yaşlı uşaq YARALANDI

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...