Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda bu yol 3 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Bakının Balaxanı-Binəqədi yolu 3 gün bağlı olacaq.

Day.Az “Azəravtoyol”a istinadən xəbər verir ki, aparılacaq təmir işləri ilə əlaqədar olaraq Sabunçu rayonu Balaxanı-Binəqədi (Balaxanı qəsəbəsinin mərkəzindən Binəqədi yolunun başlanğıcına kimi) avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən etibarən qismən məhdudlaşdırılacaq.

Sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək – yəni 3 gün avqust ayının 11- nə kimi qüvvədə olacaq.

“Azəravtoyol” ASC vətəndaşlardan yarana biləcək narahatlığa görə öncədən üzr istəyir, sürücülərdən alternativ yol kimi Zabrat avtomobil yolu və Ziya Bünyadov prospektindən istifadə etmələrini tövsiyə edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...