Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Təcridxana rəisi Nailə görə 40 min pul xərcləyib - İDDİA

Mynews.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan xəbərdə iddia edilir ki, Kürdəxanı təcridxanasının, adının gizli qalmasını arzu edən əməkdaşı "Təzadlar" qəzetinə Nail Alahverdiyevlə bağlı maraqlı məlumat göndərib.  

Yayılan bu məlumatı olduğu kimi təqdim edirik:  

"Təsəvvür edirsinizmi, 2 gündür ki, təcridxananın personalı səfərbər olaraq Baş nazirin müavini Əli Həsənovun avtoşluq edərək 2 nəfərin ölümünə, 2 nəfərin ağır yaralanmasına bais olmuş nəvəsi Nail Allahverdiyevə lüks şərait yaratmaqla məşğuldur. Təxminən 30-40 min manata başa gələn bu lüks şəraitə kondisionerli, televizorlu, mobil telefonlu, super şəraiti, super ərzağı olan otaq daxildir. Azərcell-dən yoxlasınlar, Nail hər gün atası, babası, dostları ilə danışır. Ona görə ki, o, Baş Nazirin müavininin nəvəsidir... Sağ olsun, təcridxananın rəisi Rəşid Səfərov, müavin Yaşar müəllim də bunu nəzərə alıb. Axı ayıb olar ki, altında 6-7 lüks maşın kolleksiyası olmuş 21 yaşlı avtoş birdən-birə şəraitsiz yerə düşər, halı bu istidə pis olar. O biri məhkumlar və təqsirləndirilənlərin canı isə it canıdır, dözərlər... İstərdim, bunları Ədliyyə Naziri Fikrət Məmmədov da bilsin". Redaksiyadan: Əgər doğurdan da belə bir məlumat Kürdəxanı təcridxanasındam qəzetin redaksiyasına göndərilib və yazılanlar həqiqətə söykənərsə,o zaman təcridxana rəhbərliyi vəzifəsindən azad edilməlidir.  Eyni zamanda da Ədliyyə naziri Fikrət Məmmədov məsələ ilə əlaqədar rəsmi mövqeyini açıqlamalıdır. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...