Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yararsız avtobuslar xətdən çıxarılacaq - Tapşırıq verildi - VİDEO

Birinin təkərləri, digərinin isə salonu təmir edilir.

Görüntülər paytaxda 35 və 81 saylı marşurut avtobusunun istehsalat bazasındandır.

Bir müddət əvvəl Bakı Nəqliyyat Agentliyi daşıyıcılar qarşısında öhdəlik qaldırmışdı ki, sərnişindaşımadakı nasaz avtobuslar saz vəziyyətə gətirilsin. Bu məqsədlə artıq bəzi daşıyıcı şirkətlər avtobuslarda əsaslı təmir işlərinə başlayıb.

Bakı Nəqliyyat Agentliyinin bir qrup əməkdaşı təmir olunan və təmirə dayanan 35 və 81 saylı avtobuslara baxış keçirbilər. Qurumun sektor müdri Mais Ağayevin sözlərinə görə, ötən il qoyulan tələbə əsasən 320 ədəd avtobus yenilənib.

Belə əsaslı təmirdən sonra agentliyin mütəxəssisləri həmin avtobuslara yenidən baxış keçirilər. Əgər normaldırsa onların sərnişindaşımasına icazə verilir. /xezerxeber.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...