Bakıda istifadəsiz qalan quyudan neft çıxdı - insanlar təşvişdə - VİDEO
Məcburi köçkünlərin yaşadıqları evlərin yanından, istifaddəsiz quyudan neft çıxmağa başlayıb.
Mynews.az bildirir ki, maraqlı hadisə Bakı şəhəri Sabunçu rayonunun eyni adlı qəsəbəsində, 6 saylı peşə məktəbinin həyətində qeydə alınıb. Sakinlər indiyə kimi burda hansısa köhnə neft quyusunun olduğunu bilməyiblər. Çünki fəaliyyətsiz quyunun üstü torpaqla örtülübmüş. Yerdən neftin püskürdüyünü görən sakinlər təşvişə düşüb.
Ətrafda 50 yaxın məcbur köçkün ailəsi yaşayır. Sakinlər hər an baş verəcək adi partlayışla evlərinin uçaraq dağılacağından narahatdırlar. Ərazidə yaşayanlar bildirirlər ki, bir neçə qurumdan gəlib quyuya baxış keçiriblər, ancaq quyunu bağlamadıqları üçün onların narahatlıqları davam edir.
Məsələ ilə bağlı Sabunçu qəsəbəsinin icra nümayəndəliyi ilə əlaqə saxladıq. Bildirdilər ərazi Azneft İstehsalat Birliyinə məxsusdur və tədbir görülməsi üçün bu quruma müraciət edilib. Həmin idarənin işçiləri bir neçə gün ərzində əraziyə baxış keçirərək mühəndis qaydalarına uyğun olaraq lazımı tədbiri görəcəklər. /xezerxeber.az
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 982 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 947 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 937 dəfə oxunub