İlham Əliyev Ramili təbrik etdi - "Səninlə fəxr edirik!"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yüngül atletika üzrə dünya çempionu Ramil Quliyevə təbrik məktubu ünvanlayıb.
Təbrik mətnində deyilir:
“Əziz Ramil.
İlk növbədə səni yüngül atletika üzrə dünya çempionu adını qazanmağın münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Qeyd etmək istərdim ki, tarixdə ilk dəfə olaraq azərbaycanlı idmançı yüngül atletika üzrə dünya çempionu olub. Xüsusilə sevindirici haldır ki, sən qələbədən sonra Azərbaycan və Türkiyə bayraqlarını qaldırdın. Bu, onu göstərir ki, sən öz xalqına bağlı, vətənpərvər insansan.
Sən bu gün Türkiyəni təmsil edirsən. Ancaq idmanda ilk addımlarını Azərbaycanda atmısan.
Bu qələbə münasibətilə Türkiyəni də təbrik edirəm. Sənin qələbən, eyni zamanda, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının növbəti təzahürüdür. Biz Azərbaycanda səninlə fəxr edirik.
Sənə idmanda yeni qələbələr arzulayıram”.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 948 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 902 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 593 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 593 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 589 dəfə oxunub