Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tofiq Bəhrəmov adına stadionun qarşısında böyük izdiham - VİDEO

Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Qarabağ”-“Kopenhagen” matçının biletləri satışa çıxarılıb.

Mynews.az oxu.az-a istinadən məlumatına görə, biletlər Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır.

Qarşılaşmaya marağın olduqca böyük olmasına görə, kassaların qarşısında böyük növbələr yaranıb.

Yüzlərlə azarkeş oyunu izləmək, “Qarabağ”a dəstək olmaq üçün isti havada, günün altında gözləyir.

Qeyd edilir ki, qara bazarın qarşısını almaq üçün hər bir azarkeşə yalnız üç bilet satılır.

Xatırladaq ki, Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ilk oyun saat 20:00-da başlayacaq.

Cavab qarşılaşması isə avqustun 23-də Kopenhagendə “Parken” arenasında baş tutacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...