Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İŞİD İranlı əsgərin əsir götürüldüyü görüntüləri yayımlayıb - VİDEO

İŞİD terrorçuları müsəlmanları kafir adlandıraraq onlar üzərində qazandıqları qələbəyə görə Allaha şükürlər edirlər

Bir neçə gün öncə Suriya ilə İraq sərhədində İŞİD terrorçularına əsir düşərək başı kəsilən İranlı əsgərin əsir düşdüyü vaxt lentə alınan görüntülər yayımlanıb.

İnterAz “Al Alam”a istinadən xəbər verir ki, görüntülərdə İŞİD terrorçularının  İraq-Suriya sərhədində yerləşən Tanaf məntəqəsində baş verən  toqquşmalar və burada əsir alınan İranlı əsgər Möhsin Höcəci yer alır.

Həmçinin yayılan görüntülərdə İŞİD terrorçuları müsəlmanları kafir adlandıraraq onlar üzərində qazandıqları qələbəyə görə Allaha şükürlər edirlər. Bundan əlavə, İŞİD terrorçularının qətlə yetirdikləri əsgərlərin üzərindən avtomobillə keçdikləri görüntüdə yer alır. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...