Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yayda anormallıq - 2 metrdən çox qar yağdı - FOTOLAR

İsveçrədə qızmar istilərin yerinə anormal qış gəlib.

Mynews.az Milli.az-a istinadən xəbər verir ki, avqustun 11-də İsveçrədə bir neçə saat ərzində 2 metrdən çox qar yağıb.

İsveçrədə bir neçə həftə davam edən qızmar istilərdən sonra əsl qış gəlib. Ölkənin qərb, cənub və şərq hissələrinə çoxlu qar yağıb. Dağlarda, 1900-2200 m yüksəkliklərdə qar yağışı fırtınaya çevrilib.

 

Məsələn, İsveçrənin cənub-qərbində yerləşən Arola qəsəbəsində səhər yuxudan turistlər pəncərədən baxanda nağılvari mənzərənin şahidi olublar.

Sinoptiklərin sözlərinə görə, ölkədə avqustun 9-dan başlayan soyuq hava hələ bir neçə gün də güclü yağışlarla davam edəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...