Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gəncədə qanunsuz ağac kəsən qadını cərimələndi - 2920 manat

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Gəncə şəhər sakini Hüseyn Əhmədov tərəfindən Üzeyir Hacıbəyov küçəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, şikayət ETSN-nin yerli qurumlarının əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı 1 ədəd ağacın qanunsuz olaraq kəsildiyi məlum olub.

Araşdırma zamanı yaşköküstə ağacın sözügedən ünvanda yaşayan Gövhər Quliyeva tərəfindən aparılan tikinti işləri zamanı kəsildiyi aşkar edilib. 

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və ona inzibati xəta törətdiyinə görə qanunamüvafiq qaydada 2920 manat məbləğində cərimə və ziyan tətbiq edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...