Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakının əsas yollarından biri 4 gün bağlı olacaq - RƏSMİ

Sabahdan Binəqədi rayonunda Balaxanı-Binəqədi avtomobil yolunun kəsişməsindən Mehdiabad-Digah yolunun kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. 

"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən Mynews.az-a daxil olan məlumata görə, bu, aparılacaq təmir işləri ilə əlaqədar olaraq tətbiq ediləcək.

"Sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək, yəni 4 gün, avqust ayının 19-na kimi qüvvədə olacaq. Sürücülərə alternativ yol kimi Zabrat-Məhəmmədi-Pirşağı avtomobil yolundan istifadə tövsiyə edilir", - deyə məlumatda əlavə olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...