Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Pivəyə tələbat artıb, siqaretə azalıb

Avqust ayının 1-nə ölkədə 468,5 milyon ədəd papiros və siqaret istehsal edilib.

Mynews.az xəbər verir ki, yanvar-iyul ayları ilə müqayisədə tütün məmulatlarının istehsalında 23,6 faiz azalma, qida məhsullarının istehsalında 2,3 faiz, içki istehsalında isə 30,0 faiz artım müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından pendir və kəsmik istehsalı 3,9 faiz, kolbasa məmulatlarının istehsalı 58,0 faiz, marqarin istehsalı 15,1 faiz, cem və marmeladların istehsalı 3,7 faiz, alkoqolsuz içkilərin istehsalı 5,9 faiz, pivə istehsalı 23,3 faiz artıb. Bununla yanaşı, qənd və şəkər tozu istehsalı 29,5 faiz azalıb. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...