Azərbaycanda yol hərəkəti qaydalarını pozanlar artdı
2017-ci ilin yanvar-iyun aylarında Azərbaycanda yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz artaraq 1555,4 min olub.
Mynews.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, xətaların 51,1 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması (ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz çox), 11,1 faizi dayanma və ya durma qaydalarının pozulması (3 faiz çox), 10,4 faizi işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (30,3 faiz çox), 9,5 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (83,0 faiz çox), 3,7 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (9,4 faiz az), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.
Qaydaların pozulmasına görə 30,3 milyon manat məbləğində cərimələr tətbiq edilib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 952 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 924 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 915 dəfə oxunub