Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Prokuror şirkət əməkdaşlarına 493 il cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində “Qala BTX” MMC adlı özəl mühafizə şirkətlərinin direktoru Vüqar Hüseynov və daha 37 nəfərin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Mynews.az Report-a istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Vüqar Hüseynovun 16 il, onun həyat yoldaşı Nəzakət Aşurovanın 13 il, Kamil Bayramovun 15 il, Mirabtalıb Cəfərovun 15 il, Aydın Həsənovun 14 il, Qorxmaz Mehdiyevin 15 il, Fariz Babayevin 14 il, Elşən Uzalovun 14 il, Şahin Yolçuyevin 14 il, Fərman Muradovun 14 il, Elxan İsmayılovun 13 il, Sənan Qasımovun 14 il, Sərdar Seyidovun 14 il, Xalid Qasımovun 13 il, Orxan Vəlizadənin 14 il, Emin Əzizovun 14 il, Şahin Quliyevin 14 il, Cəlal Mikayılovun 13 il, İlham Babayevin 13 il, İlqar İlyasovun 13 il, Tağı Məmmədovun 12 il, Məmməd Həsənovun 11 il, Malik Cəfərovun 13 il, Nəriman Babayevin 11 il, Baba Bayevin 11 il, Ruslan Nəsirovun 12 il, Asif Abdullayevin 12 il, Məlik Məmmədovun 12 il, Xətai Tacəddinovun 12 il, Səbuhi Sadıqovun 12 il, Cavid Abdullayevin 12 il, Ərşad Əzimovun 11 il, Elşən Əzimovun 12 il, Elşən Qədirzadənin 12 il, Mövlan Süeymanovun 12 il, Müseyib Müseyibovun 12 il, Rəşid Heydərovun 11 il və Mübariz Sadıqovun isə 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, 2015-ci ildə Daxili İşlər Nazirliyi (DİN) iş adı altında vətəndaşları aldadan sahibkar haqqında məlumat yayıb. Məlumata görə, “Azər Mühafizə” MMC və “Qala BTX” MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləri ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitlərini ələ keçiriblər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...