Sabah da yağış yağacaq
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, avqustun 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeronda gecə 22-25° isti, gündüz 29-34° isti , Bakıda gecə 23-25° isti, gündüz 30-32° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°,Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 32-37° isti, dağlarda gecə 12-17°, gündüz 22-27° isti olacağı gözlənilir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 997 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 974 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 963 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 962 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 959 dəfə oxunub