Ər intihar etdi, arvadını kənddən qovdular - Azərbaycanda AİLƏ FACİƏSİ
Qax rayonunda növbəti intihar hadisəsi qeydə alınıb. Ötən gecə Əmbərçay kənd sakini, 28 yaşlı Elman Elşad oğlu Camalovun meyiti yaşadı evin həyətyanı sahəsindəki yardımçı tikilidən tapılıb. O, tikilidən asılı vəziyyətdə aşkarlanıb.
Mynews.az big.az-a istinadən xəbərinə görə, kənd sakinləri Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildiriblər ki, mərhum ötən gecə Bakıdan kəndə gəlib. Xəbərsiz gəldiyinə görə, onunla həyat yoldaşı arasında münaqişə baş verib. Həyat yoldaşı ilə mübahisə edəndən sonra Camalov həyətə çıxıb və geri qayıtmayıb. Bir müddətdən sonra onu axtarmağa çıxan ailə üzvləri, həyətdəki yardımçı tikilidə onun cansız bədəni ilə rastlaşıblar.
Camalovun ailə üzvləri intihara təhrik etdiyinə görə, onun həyat yoldaşını kənddən qovublar. Mərhum bu gün günorta saatlarında dəfn olunub.
Faktla bağlı Qax rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 930 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 910 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 902 dəfə oxunub