Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı işini yekunlaşdırdı
Avqustun 14-dən 18-dək Bakı Konqres Mərkəzində keçirilən 41-ci Dünya Skaut Konfransı başa çatdı.
Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) və Azərbaycan Skautlar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə keçirilən bu beynəlxalq tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilib. 41-ci Dünya Skaut Konfransı çərçivsində skaut təşkilatlarının gələcək inkişafı, onların formalaşma strategiyası və fəaliyyəti, konstitusiyaya edilən dəyişikliklər, təşkilata yeni 9 üzvün seçilməsi mərasimi keçirilib.
Konfrans çərçivəsində səsvermə nəticəsində qəbul olunmuş digər vacib qərarlar 2023-cü ildə beynəlxalq skaut toplantısı – “Cambori”nin Koreyada, həmçinin 2020-ci ildə 42-ci Dünya Skaut Konfransı və 14-cü Dünya Skaut Gənclər Forumunun Misirdə keçiriləcəyi oldu.
Həmçinin konfrans çərçivəsində keçirilmiş iclasda Dünya Skaut Komitəsinə 12 yeni üzv seçildi, Azərbaycan Skautlar Assosiasiyasının prezidenti İlyas İsmayıllı da seçilən üzvlər sırasındadır. Qeyd edək ki, ilk dəfə olaraq Azərbaycan nümayəndəsi Dünya Skaut Hərəkatı Təşkilatının rəhbər orqanına daxil olub.
Dünya Skautlar Komitəsinin 2017-2020-ci illər üçün yeni sədri Böyük Britaniya nümayəndəsi Qreq Turpi seçilib. Sədrin müavinləri vəzifəsini isə ABŞ nümayəndəsi Edvard Endryu Çapman və Qana nümayəndəsi Cemima Narti icra edəcəklər.
Qeyd etmək lazımdır ki, 13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransı, 161 ölkədən olan qonaqların iştirakı, miqyası və iştirakçıların sayına görə, kautların Avrasiya bölgəsində keçirdikləri ən böyük, müsəlman ölkələri arasında isə ikinci tədbirdir.
Xatırladaq ki, 2000-ci ildən etibarən Dünya Skautlar Hərəkatı Təşkilatında Azərbaycanı İlyas İsmayıllının rəhbərliyi altında Azərbaycan Skautlar Assosiasiyası təmsil edir. O, eyni zamanda, qəbul edən tərəfin təşkilat komitəsinə də başçılıq edir.
Cəmiyyət
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq?
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək...
- Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM
- Aytən Səfərova ağır qəzaya düşdü
- Azərbaycanda Ramazan bayramı qeyd olunur
- Xocalıda kütləvi məzarlıqda tapılan ər-arvadın qalıqları dəfn edilir - FOTOLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM 1155 dəfə oxunub
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək... 1062 dəfə oxunub
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq? 994 dəfə oxunub