Travmatologiya və Ortopediya İnstitutuna yeni direktor təyin edildi
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yeni direktor təyin edilib.
Mynews.az-ın Report-a istinadla məlumatına görə, bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Qasımov İlqar Əbülfəz oğlu təyin olunub.
İnstitutun keçmiş direktoru Vaqif Verdiyev öz ərizəsi ilə vəzifəsindən azad olunub.
Qeyd edək ki, İ.Qasımov 1965-ci ildə Bakı şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1994-cü ildə Moskva şəhərinin Mərkəzi Travmatologiya İnstitutunda namizədlik dissertasiyası müdafiə edib. 1996-2000-ci illlərdə Moskva şəhərinin Mərkəzi Travmatologiya İnstitutunda doktorantura keçib, tibb elmləri doktoru dərəcəsini müdafiə edib.
2000-2004-cü illərdə Moskva şəhərinin Mərkəzi Travmatologiya İnstitutunun İri oynaqların artroplastikası və endoprotezləşdirilməsi şöbəsində baş elmi işçi vəzifəsində çalışıb. 2004-2006-ci illərdə Rusiya Tibb Akademiyasının Diplomdan sonkarı təkmilləşdirmə, travmatologiya və ortopediya kafedrasının elmi işçisi olub. Sonralar Bakı şəhərinə qayıdaraq ixtisası üzrə çalışıb.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1128 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1116 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1116 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1114 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 1005 dəfə oxunub