Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan "EXPO-2017"-nin ən cəlbedici pavilyonları sırasında

Qazaxıstanın paytaxtı Astanada keçirilən "EXPO-2017" beynəlxalq sərgisində Azərbaycanın milli pavilyonu ən çox ziyarət edilən beynəlxalq pavilyonların ilk beşliyinə daxil olub.

Mynews.az Report-a istinadən xəbər verir ki, iştirakçı ölkələrin beynəlxalq pavilyonlarına ümumilikdə 19 438 248 ziyarət olub.

Avqusutun 20-nə olan məlumata görə, ən çox ziyarət edilən pavilyonların siyahısı tərtib edilib. Belə ki, TOP-10-da CAR, Misir, Türkiyə, Tayland, Azərbaycan, Hindistan, Rusiya, Özbəkistan, Yaponiya, Səudiyyə Ərəbistanı yer alıb.

Avqustun 14-dən 20-dək "EXPO-2017" beynəlxalq ixtisaslaşmış sərgisini 345 445 nəfər ziyarət edib. Hər gün isə sərgiyə 49 349 nəfər baş çəkir. Ötən həftə ilə müqayisədə ziyarətçilərin sayı 14 min nəfər artıb.

"İyunun 10-dan avqustun 20-dək sərgi ziyarətçilərinin ümumi sayı 2 779 820 nəfər təşkil edib. "EXPO"-nun bütün obyektlərinə olan ümumi ziyarətlərin sayı sərgi işə başlayandan 22 113 663, o cümlədən beynəlxalq pavilyonların 19 438 248, sərgi obyektlərinin isə 2 675 415 təşkil edir", - deyə sərgi təşkilatçılarının məlumatlarında qeyd edilib.

Ən çox ziyarət edilən obyektlər sırasında "Nur-Aləm" kürəsi, kommersiya pavilyonları, "Shell"in uşaq laboratoriyası, tematik pavilyonlar, uşaq parkı, amfiteatr, Günəş sirki (Sirk dyu Soley), art-mərkəz və yaradıcı enerji zonası yer alıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...