Onlayn oyun həvəskarları təhlükədə - Yeni virus yayılır
Aşkar edilmiş troyan “Joao” adlanır və o, qeyri-rəsmi mənbələrdən yüklənilən “Aeria Games” şirkətinin oyunları vasitəsilə yayılır.
“Joao” adlı troyan tərəfindən yüklənilən kənar zərərverici kodun məqsədi uzaq məsafədən giriş əldə etmək, casusluq və DDoS hücumlar həyata keçirməkdir.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, zərərli proqram təminatı ilk dəfə populyar “Grand Fantasia” oyununda aşkar edilib. Troyan fon rejimində oyunla birgə işə düşür. Virusu aşkar etmək, demək olar ki, mümkün deyil, çünki o, heç bir aktivlik göstərmir. Yalnız kök qovluğunda “msldbe.dll” faylının peyda olmasından bu barədə bilmək olar.
Virus qurban kompüter haqda bütün informasiyanı (qurğunun adı, əməliyyat sisteminin versiyası, şəxsi hesablar və sairə) uzaq serverə göndərir. Bu məlumatlara malik olan hakerlər asanlıqla “Joao” troyanının əlavə komponentlərini aktivləşdirə bilərlər.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 982 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 947 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 937 dəfə oxunub