Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Meyxanaçılar Bayram Kürdəxanılı üçün göz yaşı tökdülər

Bu gün son mənzilə yola salınan meyxanaçı Bayram Kürdəxanılı ilə vidalaşmağa sənət dostları da yollanıb.

Mynews.az bildirir ki, yas mərasimində Axşam.az fotokamerasına meyxanaçılar Namiq Məna, Namiq Qaraçuxurlu, Ehtiram və İntiqam qardaşları, Mehman Əhmədli, Ağamirzə Məmmədov tuş gəliblər. Onlar mərhum haqda xatirələrini bölüşüblər.

N.Məna bildirib ki, B.Kürdəxanılını itirmək onun üçün çox ağırdır. Göz yaşlarını saxlaya bilməyən meyxanaçı xatirələrini bölüşüb:

"30 ildir dostluq edirdik. Bizi sənət birləşdirmirdi, ailəvi dostluğumuz var idi. Mənim üçün onun ölümü çox çətindir. Bayram qeyri-adi istedada malik idi. Böyük bir sənətkarı itirdik. Vaxt olub ki, onun səsi ilə yuxuya getmişəm. Onun da öz dərtləri var idi... Ziyalı qardaşını, bacısını itirmişdi. Mənlə bölüşürdü dərdini. Dünən 1 saat danışdıq. Elə bil ki, öləcəyini bilirdi. Mənə dedi ki, studiyada bir neçə lent yazısı etmək istəyirəm. Onun çox az lent yazısı var”.

Qeyd edək ki, meyxana ustası qəsəbə ərazisində yolu keçərkən Ramin Fərhadovun idarə etdiyi "Peugeot" markalı, "10 PS 782" dövlət seriya nişanlı avromobil onu vurub. Ağır kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri alan meyxanaçını sürücü 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

 

 

 

 

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...