Nazirlikdən tozlu hava ilə bağlı - XƏBƏRDARLIQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı operativ iş rejiminə keçib.
Nazirliyin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, departament hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.
Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 23 avqust 2017-ci il tarixində, səhər saat 9:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 20 faiz, saat 12:00-da isə bir qədər də artaraq sanitar normadan 32 faiz yuxarı olduğu qeydə alınıb.
Xatırladaq ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz Türkmənistan ərazisindən daxil olan toz dumanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 917 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 552 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 551 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 200 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 195 dəfə oxunub