Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda tıxaca düşmədən mərkəzə aparan unudulmuş yol - VİDEO

Bakıda yeni istifadəyə verilmiş küçələrdən biri də general Hüseyn Rəsulbəyov küçəsidir. Maraqlısı ondadır ki, bu küçə yeni salınmasına baxmayaraq, sürücülər bu yola üstünlük vermir.

Mynews.az baku.ws-ə istinadən xəbər verir ki, sözügedən yol sürücülərə tıxaca düşmədən asanlıqla şəhərin mərkəzinə getməyə imkan yaradır.

Belə ki, yeni yol avtonəqliyyat vasitələrinin birbaşa Yusif Səfərov küçəsinə daxil olmadan Heydər Əliyev prospektindən Kövkəb Səfərəliyeva küçəsinə, oradan da Dilarə Əliyeva küçəsi ilə şəhərin mərkəzinə doğru hərəkət etməsinə əlverişli imkan yaradır.

Həmçinin Heydər Əliyev prospektindən gələn sürücülər Yusif Səfərov küçəsinə daxil olmadan metronun "28 May" stansiyası və Heydər Əliyev Sarayı istiqamətinə rahat hərəkət edə bilər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...