Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Heyvanların açıq məkanlarda kəsilib satılması qadağandır - Nazirlikdən XƏBƏRDARLIQ

Bəzən heyvanların insanların gözü önündə kəsilməsinin şahidi oluruq. Bu, anti-sanitariyaya səbəb olduğu kimi, əsəbi zəif olan insanlara, xüsusilə uşaqlara çox təsir edə bilər. Bəs görəsən, belə hallarla mübarizə aparılırmı?

Mynews.az xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli isə bildirib ki, heyvanların açıq şəkildə kəsilməsi qanunla qadağandır.

“Buna yerli icra orqanları və polis nəzarət edir. Heyvan qapalı şəkildə kəsilməlidir, axar suyu olmalıdır, soyuducu kameralar olmalıdır. Heyvan kəsildikdən sonra müəyyən müddət soyuducuda saxlanılmalıdır.

Və yoxlanıldıqdan sonra satışına icazə verilə bilər. İnsanların qapalı şəkildə kəsilən heyvanlarla bağlı ağıllarında sual yaranmamalıdır, çünki kəsilən ətlər baytar nəzarətindən keçdikdən sonra satışa çıxarılır. 

Kəsim yalnız baytarlıq nəzarətində olan obyektdə aparılmalıdır. Dalanlarda, açıq şəkildə heyvan kəsilirsə, bunun qarşısı yerli icra orqanları və polis tərəfindən alınır. Elə yerlərdə kəsilən ətlər anti-sanitar vəziyyətdə olur”.

Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, bunun fəsadları ağır ola bilər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...