Astan Şahverdiyev: "Qarabağ"ın qələbəsi məni maraqlandırmır
Millət vəkili Astan Şahverdiyev "Qarabağ FK"-nın qələbəsi ilə bağlı münasibət bildirib.
Mynews.az xəbər verir ki, A24.az-ın əməkdaşı ilə söhbətində millət vəkili "Qarabağ FK" ilə maraqlanmadığını deyib: "Moskvadan həmin oyunu izləyirdim. Orada klub haqqında çox gözəl ifadələr səsləndirilirdi. Çox sevindirici bir haldır ki, Qarabağ Futbol Klubu Çempionlar Liqasının qrup mərhələsinə düşüb. Bu, bütöv Azərbaycanın qələbəsidir. Lakin bir futbol klubu kimi "Qarabağ" məni maraqlandırmır. O zaman çox sevinərik ki, torpaq kimi qaytarılar. Bu, artıq bayram olar."
Qeyd edək ki, “Qarabağ” FK” ötən gün Azərbaycan klubları arasında ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 940 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 913 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 905 dəfə oxunub
loading...