Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı zəvvarlar Səudiyyə Ərəbistanına yollandı

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların növbəti qrupu Səudiyyə Ərəbistanına yola düşüb.

Mynews.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Report-a verilən məlumata görə, qrupa 360 nəfər daxildir. 

Zəvvarları aparan təyyarə Ciddə şəhərində yerə enəcək. Ziyarətçilər oradan Məkkəyə gedəcəklər. 

Azərbaycanlı zəvvarların sonuncu qrupu isə avqustun 26-da yola düşəcək.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedəcək.

Həcc ziyarəti üçün ziyarət paketi 3850 dollardır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...