300 manat cərimələnə bilərsiniz - Yol polisindən növbəti xəbərdarlıq
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin və avtobusların texniki baxışdan keçməsi ilə bağlı xəbərdalıq edib.
İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Trend-ə deyib ki, təyin edilmiş qrafikə uyğun olaraq bütün növ yük avtomobilləri və avtobuslar texniki baxışdan keçməlidir.
V.Əsədov bildirib ki, texniki baxışdan keçmək üçün müraciət edənlərin sayı olduqca azdır:
“Bir daha bütün növ yük və avtobus tipli nəqliyyat vasitələrinin sahiblərinə bildiririk ki, texniki baxışdan keçməyə tələssinlər. Unutmayın ki, texniki baxışdan təyin edilən müddətdə keçmədikdə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir”.
Qeyd edək ki, yük avtomobilləri və avtobusların texniki baxışı 1 avqust-31 oktyabr tarixləri aralığında baş tutacaq. İcazə verilən müksimum kütləsi 3.5 ton və daha az olan yük avtomobilləri istehsal olunduqdan sonra 5-ci, 7-ci, 9-cu, 11-ci il və sonra hər il texniki baxışdan keçməlidir. İcazə verilən kütləsi 3.5 tondan yuxarı olan yük avtomobilləri isə istehsal olunduqdan sonra 2-ci il və hər il texniki baxışdan keçməlidir. Avtobuslar da istehsal olduqdan sonra 2-ci il və daha sonra hər il texniki baxışdan keçməlidir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 987 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 961 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 951 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 950 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 947 dəfə oxunub