Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Silah anbarında baş verən partlayışla bağlı son məlumat

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin utilləşmə üçün hazırlanan silah-sursat anbarında baş verən yanğın və partlayışda xəsarət alaraq xəstəxanaya yerləşdirilən şəxs Bakıdakı xəstəxanalardan birinə köçürülüb.

Mynews.az Report-a istinadən xəbər verir ki, partlayışda yaralanan 1990-cı il təvəllüdlü Məmmədyarov Samir Famil oğlu ötən gecə təcili tibbi yardım maşını ilə paytaxta gətirilib.

O, Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib. S.Məmmədyarovun xəsarətlərinin ağır olmadığı bildirilib. Həkimlər onun vəziyyətini stabil kimi qiymətləndiriblər. 

Qeyd edək ki, ötən gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində naməlum səbəbdən baş verən yanğın nəticəsində həmin hərbi hissənin utilləşmə üçün hazırlanan silah-sursat anbarında partlayışlar baş verib. Hadisə nəticəsində altı nəfər yaralanıb. Onlardan beşi artıq evə buraxılıb.

Prezident İlham Əliyevin tapşırığına əsasən, hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə Nazirlikləri, Dövlət Sərhəd Xidməti, Baş Prokurorluq, yerli icra strukturları və digər dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...