Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sumqayıtda evdən xəbərsiz gedib geri dönməyən qız barədə TƏFƏRRÜATLAR - VİDEO

Sumqayıt şəhər, 15-ci məhəllə, 2 saylı yataqxana, mənzil 9-da yaşayan Əsədova Əfsanə Səfər qızından 6 gündür ki, xəbər yoxdur.

Atası Əsədov Səfərin sözlərinə görə, Əfsanə avqust ayının 22-də, axşam saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb. Qız evdən şəxsiyyət vəsiqəsini və paltarlarını götürərək gedib. Əfsanənin evdə olmadığını bilən kimi atası dərhal bu barədə polisə məlumat verib. Səfər bəy bildirdi ki, Əfsanə çox yaxşı qız olub, onun evdən getmək kimi bir niyyəti heç vaxt olmayıb, bu 22 ildə ilk dəfədir o, bu hərəkəti edir: "Əfsanə əxlaqlı, tərbiyəli qızdır. Düzdür, bir az əsəbi idi. O, üç dəfə sudurqa keçirib. Onu müalicə etdirmişəm. O bu hərəkəti edəcək biri deyildi. Telefondan da istifadə etmirdi. Mən onu fəhləliklə, nə əziyyətlərlə böyütmüşəm. Düşünürəm ki, onun bu hərəkəti etməsinə kimlərsə vəsilə olub”. Əfsanə evdən çıxıb gedərkən, qonşulardan da heç kim onu görməyib.

 Qeyd edək ki, Əfsanə Əsədova 1995-ci il may ayının 15-də anadan olub. Anası onu bələkdə ikən atıb gedib. O, 22 ildir ki, atası ilə birlikdə yaşayır. Əfsanəni görənlərdən xahiş olunur ki, bu nömrə ilə əlaqə saxlasınlar : (055) 527 95 15

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...