Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məhərrəm ayının başlama tarixi açıqlandı

Məhərrəm ayının başlanma və Aşura gününün tarixi məlum olub.

Mynews.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqvimə əsasən bu il Məhərrəm ayı sentyabrın 22-də başlayır.

Aşura günü isə oktyabrın 1-ə təsadüf edir. Bildirilir ki, ənənəvi olaraq Azərbaycanda Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.

Bununla bağlı QMİ Qazılər Şurasının fitvası da olacaq. Bu il Qədir-Xum bayramı isə sentyabrın 9-da qeyd ediləcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...