Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Özünü qatarın altına atan qadının əri: Gizlicə... - YENİLƏNİB

Lənkəran rayonunda 4 uşaq anasının özünü hərəkətdə olan yük qatarının altına ataraq intihara cəhd etməsinin bəzi detalları məlum olub.

Oxu.Az xəbər verir ki, intihara cəhd edən qadının əri Rəvan Əlizadə Report-a bildirib ki, arvadı ondan gizlin mobil telefon işlətdiyi üçün aralarında mübahisə olub: "Arvadıma mobil telefon işlətməyi qadağan etmişdim. Dörd gün bundan əvvəl gördüm ki, məndən xəbərsiz mobil telefon alıb və gizlin işlədir. Buna görə də mübahisə etdik. Bu gün evdən çıxanda mənə dedi ki, anasıgilə gedəcək. Mən nə bilim ki, gedib özünü qatarın altına atar?!"

Qeyd edək ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında əməliyyat edilən qadının bir ayağı amputasiya olunub.

16:06

Lənkəranda qadın özünü qatarın altına ataraq, intihara cəhd edib.

Oxu.Az-ın apa-ya istinadən verdiyi məlumata görə, rayonun Velədi kəndində Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü Aidə Cəlil qızı Əlizadə özünü öldürmək istəyib. Özünü qatarın altına atan qadın ağır xəsarət alıb. O, bir ayağını itirib. A. Əlizadə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, əməliyyat edilib.

Fakt araşdırılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...