Prezident Əfranla zarafatlaşdı - “Topu arxada çox saxlama” – Foto
Prezident İlham Əliyevin “Qarabağ” klubunun heyəti ilə görüşünün qeyri-rəsmi hissəsində ölkə başçısının futbolçu heyəti ilə səmimi dialoqu olub.
Mynews.az teleqraf.com-a istinadən xəbər verir ki, İlham Əliyev son vaxtlar tənqidlərə məruz qalan Əfran İsmayılovla zarafatlaşıb. Prezident İlham Əliyevin yarımmüdafiəçiyə “səni izləyirəm, yaxşı “driblinq”lərin və sürətin var” deyib.
Ölkə başçısının “topu cərimə meydançasının yanında və arxada çox saxlama” deməsi isə komandanın gülüşünə səbəb olub. Həmin səmimi dialoqun fotosunu təqdim edirik. Qeyd edək ki, “Qarabağ” klubu Azərbaycan futbolu tarixində ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 922 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 559 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 558 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 558 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 552 dəfə oxunub
loading...