Prezident Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Mynews.az Yenicag.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli həmvətənlər!
“Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı mənəvi kamillik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.
Öz demokratizmi, humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulmuşdur.
İslamın bir din kimi tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini özündə təcəssüm etdirən mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, uca Tanrıya yaxınlığın fərəhini yaşamaq fürsəti əldə edirlər.
Xalqımız öz milli-mənəvi dəyərlərinə və ənənələrinə həmişə ehtiramla yanaşır. Bütün dini mərasimlər, o cümlədən Qurban bayramı hər il böyük təntənə ilə qeyd edilir. Ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, geniş xeyriyyəçilik işləri görülür, dövlətimizin tərəqqisi və əmin-amanlığı üçün dualar edilir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, builki Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir.
Əziz bacı və qardaşlarım!
Bu mübarək gündə bir daha hamınıza ulu Tanrıdan möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!”
Cəmiyyət
- “Azəriqaz”dan limitlə bağlı AÇIQLAMA
- ANAMA ləğv edildi - Prezidentdən Sərəncam
- Mübariz Mənsimov azadlığa buraxıldı? - Köməkçisindən açıqlama
- Azərbaycanda orta aylıq əməkhaqqı artıb
- "Qaçqınkom": Geri qayıtmayanlar məcburi köçkün statusunu itirəcəklər
- “Hərəkətinə icazə verilən şəxslər sui-istifadə edərək, bölgələrə gedirlər” - DİN-dən XƏBƏRDARLIQ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda baş verən ağır qəzanın görüntüləri - ANBAAN VİDEO 934 dəfə oxunub
- "Qarabağ bizim yox, Azərbaycanındır!" - VİDEO - İrəvanda xalq ayağa qalxdı 926 dəfə oxunub
- İlham Əliyev, Putin və Paşinyan arasında üçtərəfli danışıqlar aparılacaq 915 dəfə oxunub
- SON DƏQİQƏ: Moskvada tarixi görüş başladı - CANLI YAYIM 909 dəfə oxunub
- İtkin düşən Vətən müharibəsi iştirakçısının meyiti tapıldı - FOTO 592 dəfə oxunub