Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Evi olan ailə kirayələrdə yaşayır - VİDEO

3 il əvvəl Elman İbrahimov makler işləyən Namiq Qasımovun vasitəsi ilə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yanardağ 29 ünvanında Esmira Qasımovadan ev alıb. Lakin İbrahimovlar ailəsi evdə cəmi 4 gün yaşaya bilib. Məlum olub ki, Esmira Qasımova qayınatasından miras qalan evi ailənin digər gəlini Əminə Qasımovadan xəbərsiz satıb.

Mynews.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, mənzilin mübahisəli olması işi məhkəməyə gətirib çıxarıb. Çox keçməyib ki, məhkəmə Əminə Qasımovanın lehinə qərar çıxarıb və mənzili ona verib.

Mənzili satan Esmira Qasımova ilə də əlaqə saxladıq. Kamera qarşısına çıxmaq istəməyən Esmira da evin ona aid olduğunu iddia edib. O, hətta bununla bağlı əlində məhkəmə qərarının olduğunu deyir. 

Esmira Qasımovanın verdiyi sözlərə əməl edib-etməyəcəyi hələ ki, məlum deyil. İndi İbrahimovlar ailəsi aidiyyatı qurumlardan onlara kömək etmələrini istəyir. Hüquqşünas Xəyal Bəşirov deyir ki, bu məsələdə Elman İbrahimova həm maddi, həm də mənəvi ziyan dəyib. Elman İbrahimov məsələ ilə bağlı məhkəməyə müraciət edə bilər. Əgər həqiqətən ona maddi və mənəvi ziyanın dəyməsi təsdiqini tapsa, Esmira Qasımova ondan aldığı bütün pulları qaytarmalı olacaq.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...