Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tələbəsini sevən müəllim özünü niyə asdı? - Göyçaydakı intiharın gizlin səbəbi

Göyçay şəhər Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi intihar edib.

AZXEBER.COM Göyçayda baş verən intiharın bəzi təfərrüatlarını əldə edib. Əldə etdiyimiz məlumata görə intihar edən Göyçay şəhər Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi Həmidov Hüseyn Maarif oğlunun intihar etməyinə səbəb sevgi münasibətidir.

Məlumata Hüseyn bir müddət əvvəl dərs keçdiyi tələbələrdən biri ilə sevgili olub və bu münasibətdən hər iki tərəfin ailələri xəbər tutub. Dünən axşam intihardan bir neçə saat öncə Hüseynin kimlinləsə görüşdüyü məlum olub. Bu şəxsin kimliyi hələlik açıqlanmır. Məhz bu görüşdən sonra Hüseyn həyətdə olan ağacdan özünü asıb.

Qeyd edək ki, Həmidov Hüseyn ailəlidir və 1 uşaq atasıdır.

Faktla bağlı cinayət işi qaldırılıb, araşdırmalar davam etdirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...