Keçmiş telekanal rəhbərinin çayda batan oğlunun ölüm səbəbi bəlli oldu - "Xilasedicilər dəhşətə gəldilər"
Bir neçə gün öncə Zaqatalanın Katex çayında batan 1991-ci il təvəllüdlü Ədilxan Nuriyevin ölüm səbəbi bəlli olub.
Mynews.az azxeber.com-a istinadən əldə etdiyi məlumata görə, gənc fotoqraf olan Ə.Nuriyev şəlalə adlanan ərazidə model xanımlardan birinin fotosessiyasını edirmiş. Model qızın şəkillərini çəkən Ə.Nuriyev daha sonra üzmək üçün suya girib. Bu zaman o suyun təzyiqindən qızın gözlərinin önündə boğulub.
Məlumata görə xanım model heç kimdən kömək ala bilmədiyi üçün bir gecə meşədə gecələmək məcburiyyətində qalıb. Bir gün sonra isə xilasedicilər hadisə yerinə gəliblər. Onlar mərhumun nəşini sudan çıxartmaq üçün bir neçə dəfə suya girsələr də, bu cəhdləri nəticəsiz qalıb. Yalnız bir neçə saat sonra meyiti quruya çıxartmaq mümkün olub.
Hadisədən sonra dövlət qoruğu hesab olunan şəlalə vətəndaşların ziyarətinə qapadılıb. Artıq bir neçə gündür ki, əraziyə heç kim buraxılmır.
Qeyd edək ki, Ədilxan Nuriyev fəaliyyəti dayandırılmış "Aygün” televiziyasının rəhbəri Nəzirxan Nuruyevin oğludur.
Allah rəhmət eləsin!
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1131 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1119 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1119 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1117 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 1008 dəfə oxunub