Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nazirlikdən borca görə göyə qaldırılan kişi ilə bağlı - RƏSMİ AÇIQLAMA

Daxili İşlər Nazirliyi Sumqayıtda borcu olan şəxsin bir gün qaldırıcı kranın zənbilində saxlanılması barədə məlumatlara aydınlıq gətirib.

Mynews.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-nın sorğusuna cavabında qeyd edib ki, həmin hadisə ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılandan dərhal sonra polis tərəfindən araşdırma aparılıb. Araşdırmalar nəticəsində yayılan məlumatların yalan və əsassız olduğu ortaya çıxıb: "Araşdırmalar nəticəsində şəkildə göstərilən nəqliyyat vasitəsinin Sumqayıt şəhər sakini Elxan Hüseynzadəyə məxsus Zil markalı yük qaldıran avtomobil olması müəyyənləşib. Avtomobilin zənbilindəki isə elə Elxan Hüseynzadənin özü olub. O zənbildə təmir işləri aparırmış. Təəssüf ki, təsadüfən həmin ərazidən keçən və hadisənin mahiyyətindən xəbərdar olmayan bəzi şəxslər ucuz sensasiya xatirinə bunu ictimailəşdiriblər”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, 15 gün əvvəl Sumqayıt şəhəri 48-ci məhəllədə yük avtomobillərinin saxlandığı ərazidə yük qaldıran avtomobillərdən birinin sürücüsü ona borcu olan şəxsi həmin əraziyə çağırıb və pulunu istəyib. 30 manatı qaytara bilməyən borclu şəxs sürücü tərəfindən yük qaldıran maşının zənbil hissəsinə mindirilərək hündürlüyə qaldırılıb və o, 1 sutka zənbildə saxlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...