Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda ölüm səviyyəsi azalır

2017-ci ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 14713 doğulmuş körpə qeydə alınıb.

Mynews.az xəbər verir ki, Bakı Şəhər Statistika İdarəsindən APA-ya verilən məlumata görə, bu göstərici əhalinin hər min nəfərinə hesabı ilə 13,2 təşkil edib.

Doğulanların 168-i əkiz, 4-ü isə üçəmdir. Doğulan körpələrin 7701 nəfəri, yəni 52,3%-i oğlan, 7012 nəfəri, yəni 47,7%-i isə qız uşağıdır.

İlin əvvəlindən Bakı şəhərində 6529 ölüm halı qeydə alınıb və əhalinin hər 1000  nəfərinə ölüm səviyyəsi ötən illə müqayisədə  6-dan 5,9-a qədər enib.

2017-ci ilin birinci yarısında qeydiyyat şöbələri tərəfindən 6689 nikah və 2420 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6, boşanmaların sayı isə  2,2 olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...