Azərbaycanda kütləvi xəbərdarlıq mesajları yayıldı - Təşviş
Ötən gün axşam saatlarında bir çox abunəçilərin mobil telefonlarına, sosial şəbəkə ünvanlarına planetdə yüksək radiasiya olacağı ilə bağlı xəbərdarlıq mesajı göndərilib.
Mynews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, mesajda qeyd olunur ki, radiasiya ilə əlaqədar kosmik şüalar Yer planetinə yaxınlaşacaq. Buna görə də abunəçilər mobil telefonları söndürməlidir. Əks halda, şüalar insan orqanizminə ciddi zərər vura bilər.
“Qafqazinfo” məsələni araşdırmaq üçün Radiasiya Problemləri İnstitutu ilə əlaqə saxlayıb. İnstitun elmi katibi Musa Nuriyev bildirib ki, bir neçə gün əvvəl Günəşdə maqnit qasırğasının olacağı ilə bağlı məlumat yayılmışdı: “Bu qasırğa artıq iki gün əvvəl baş verib. İndi də onun gücü yavaşlaya-yavaşlaya gedir.
Ancaq fon yüksəlməsi bizim bildiyimiz radiasiya deyil. Bu Günəş radiasiyasıdır. Maqnit qasırğası həkimlərin də dediyi kimi ürəyində problemlər olan insanların səhhətinə müəyyən qədər təsir edə bilər.
Bunun üçün mobil telefonları söndürməyə ehtiyac yoxdur. İnsanlar narahat olmasın. Əgər ciddi məsələ olsaydı, başqa qurumlar buna qoşulardı. Belə şeylərdən qorxmaq lazım deyil. Bunlar dedi-qodu şəklində yayılan söz-söhbətlərdir”.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1112 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1099 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1099 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1096 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 993 dəfə oxunub