Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Vahid Mustafayevdən pul oğurlayan hamilə qadına - HÖKM OXUNDU

Vahid Mustafayevə qarşı dələduzluq etməkdə təqsirləndirilən qadına hökm oxunub.

Mynews.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səbinə Əsgərovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən Səbinə Əsgərova 8 il müddətində azadlıqdan məhrum edilib.

İstintaq dövründə həbs edilməyən S.Əsgərovanın məhkəmə zalındaca qollarına qandal vurulub.

İttihama görə, Səbinə Əsgərova “ANS” Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevə məxsus “VMF” şirkətinin 34 min manatını dələduzluq yolu ilə mənimsəyib.

Qeyd edək ki, bu gün 8 illik həbsə göndərilən S.Əsgərova hamilədir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...