Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakının mərkəzində erməni bolşeviklərinin adına klub açıldı - VİDEO

Ötən əsrin 20-ci illərində Azərbaycan xalqına qarşı qətliamlar törədən, üzvləri arasında erməni daşnaklarının da olduğu 26 Bakı komissarının adına paytaxtda klub açılıb. Özü də vaxtı ilə "26-lar" adı ilə tanınan indiki ''Sahil'' bağının yaxınlığında. 

Mynews.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Xəzər TV-yə tarixçi alim Dilavər Əzimli məlumat verib.

TV-nin əməkdaşları alimin dediyi məkanda olublar. Həqiqətən də, restoranın girişində rəqəmlə 26, digər tərəfində isə ingiliscə 26 sözü yazılıb. Restoranın sahibi Ramin Məmmədov alimin fikirləri ilə razılaşmır.

Tarixçi alim Dilavər Əzimliyə görə, məhz bu ərazidə belə adla restoranın açılması şübhələri daha da artırır. Eyniadlı restoran paytaxtın başqa yerində də açıla bilərdi. 

Ramin Məmmədov deyir ki, əgər bağın adını verəsi olsaydı, hazırkı adı, yəni "Sahil" qoyardı. O, vətən xaini olması ilə bağlı sosial şəbəkələrdə səsləndirilən iddialarla da razılaşmır. 

Tarixçi alim Dilavər Əzimli hesab edir ki, müvafiq qurumlar bununla maraqlanaraq, məsələni dəqiq araşdırmalıdırlar. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...