Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Prezident İlham Əliyevdən böyük jest - Mehman Əliyevin həbsinə reaksiya

"Turan" informasiya agentliyinin direktoru Mehman Əliyev həbsi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.

Mynews.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə yerli KİV-lərdən biri mötəbər mənbələrdən məlumat əldə etdiyini iddia edib.

İddiaya görə, Mehman Əliyev həbsi ilə bağlı etdiyi müraciət barədə Qazaxıstandan qayıdan ölkə başçısına  dərhal məlumat verilib.

İlham Əliyev dərhal ciddi reaksiya verib və hüquq-mühafizə orqanlarına vergidən yayınmaqda ittiham edilən Mehman Əliyevin İstintaq Təcridxanasından azad edilməsi və barədə görülən tədbirin dəyişdirilməsi imkanını nəzərdən keçirməyi tövsiyyə edib.

Azərbaycan prezidenti 10 fevral tarixində Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə sərəncam imzalayıb.

Söhbət qlobal və konseptual hüquqi-siyasi islahatlar gedir. Sərəncamdan dərhal sonra Ali Məhkəmə, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyinin nümayəndələrindən ibarət xüsusi komissiya yaradıldı. Yarım il ərzində problemin tarixi və fəlsəfəsi, tarixi və beynəlxalq təcrübəsi, Kriminogen vəziyyətin adekvat qiymətləndirilməsi ilə əlaqədar adekvat qavrayışı korrelyasiyasını nəzərdə tutulan hüquqi islahatlar cəzaların minimuma endirilməsi öyrənildi və Cinayət Məcəlləsi üçün fundamental dəyişikliyi ehtiva edən yeni qanun layihəsi hazırlandı.

Qanun layihəsi İlham Əliyevə təqdim edilib. Prezident isə layihəni parlamentə göndərib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...