Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Binəqədi şosesi bağlanır

Binəqədi şosesində hərəkət 2 günlük məhdudlaşdırılır.

"Azəravtoyol"dan BAKU.WS-ə verilən məlumata görə, yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq, sentyabr ayının 12-dən 13-nə keçən gecədən etibarən Binəqədi şosesinin Binəqədi-Biləcəri yolu (4-cü qapı küç.) ilə kəsişməsindən Biləcəri-Baksol yolunun kəsişməsinədək olan hissəsində 2 gün ərzində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq.

Göstərilən müddət ərzində sürücülər alternativ olaraq Biləcəri-Baksol, Binəqədi-Biləcəri (4-cü qapı küç.), Xırdalan-Binəqədi-Balaxanı, Binəqədi-Mehdiabad avtomobil yollarından, həmçinin Binəqədi və Biləcəri qəsəbələrinin daxili yollarından istifadə edə bilərlər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...