Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Abşeronda göl daşdı - 6 nəfər təxliyə olundu

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Daşağıl gölündə suyun səviyyəsi qalxıb.

Mynews.az FHN-nin saytına istinadən xəbərinə görə, nəticədə yaxınlıqda olan fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 6 nəfərin təhlükəsiz əraziyə təxliyə olunmasını təmin ediblər. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...