Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda özəl kinoteatrlarla bağlı - VACİB QƏRAR

Özəl kinoteatrların gündəlik repertuarlarında Azərbaycan filmləri üçün seansların ayrılması nəzərdə tutulub.

Mynews.az Trend-ə istinadən məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev gənc kinematoqrafçılarla görüşündə deyib.

Gələn il milli kinomuzun 120 yaşının tamam olduğunu deyən nazir müavini bildirib ki, nazir Əbülfəs Qarayevin əmrinə əsasən, 15 sentyabr tarixində ölkəmizdə kino mövsümü başlayacaq. Bakıda və ölkənin bütün rayonlarındakı Heydər Əliyev mərkəzlərində, mədəniyyət müəssisələrində müntəzəm şəkildə filmlər nümayiş olunacaq. Bu məqsədlə artıq 2402 müəssisə mövsümün açılışına hazırdır.

Ə.Vəliyev deyib ki, milli filmlərin hərbi hissələrdə, hərbi məktəblərdə, eləcə də, təhsil və islah-əmək müəssisələrində mütəmadi nümayiş olunması nəzərdə tutulub. Bunun üçün müvafiq nazirliklər və dövlət strukturları ilə işgüzar əlaqələr yaradılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...